EIA OPEC-in builki neft hasilatı üzrə proqnozunu yüksəldib

EIA OPEC-in builki neft hasilatı üzrə proqnozunu yüksəldib
# 16 may 2021 11:17 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2021-2022-ci illər üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu artırıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,92 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,25 mln. barel çoxdur.

Proqnoza görə, gələn il bu göstəricinin 28,47 mln. barel olacağı ehtimal edilir (ötən proqnoz 28,03 mln. barel).

EIA-in hesablamalarına görə, 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR