Ekspert: "OPEC+" Baydenə cavab olaraq hasilatın bərpa templərini azalda bilər

Ekspert: "OPEC+" Baydenə cavab olaraq hasilatın bərpa templərini azalda bilər
# 24 noyabr 2021 15:47 (UTC +04:00)

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri dekabrda keçiriləcək iclasda ABŞ Prezidenti Co Baydenin ölkənin strateji ehtiyatlarından 50 mln. barel neftin satışı ilə bağlı açıqlamasına cavab olaraq neft hasilatının bərpa templərini azaltmaq qərarına gələ bilərlər.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS-a Norveçin "Rystad Energy" konsaltinq şirkətinin analitiki Viktor Kurilov bildirib.

Eyni zamanda, onun fikrincə, C. Baydenin hərəkətləri digər xarici amillərlə birlikdə noyabrda neft qiymətlərinin artımını cilovladı, hansılar ki, bir barel üçün 90 ABŞ dolları və bundan da yuxarı həddədək yüksələ bilərdi.

“Bununla yanaşı, dekabrın 2-də “OPEC+” toplantısı keçiriləcək, burada ixracatçı ölkələr hasilatın aylıq 400 min barel artımından imtina edə və yeni lokdaunlar dalğası və 2022-ci ildə bazarda gözlənilən profisit səbəbindən hasilat kvotalarını daha da aşağı sala bilərlər”, - ekspert istisna etmir.

V. Kurilov hesab edir ki, C. Bayden və “OPEC+” arasında qarşıdurma artıq geniş siyasi kontekstə keçir, ona görə də növbəti görüşdə alyansın qəti addımını gözləmək olar.

“Lakin “OPEC+” tərəfindən hasilatın artırılmasına təmkinli yanaşma 2022-ci ildə bazarda gözlənilən profisit nəzərə alınmaqla ağlabatan addım kimi görünür”, - ekspert əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR