Ekspert: "Qlobal neft tələbatı 2040-cı ildə pik həddə çatacaq"

Ekspert: "Qlobal neft tələbatı 2040-cı ildə pik həddə çatacaq"
# 30 iyun 2021 10:43 (UTC +04:00)

İnkişaf etməkdə olan ölkələrdə artan tələbat səbəbindən qlobal neft tələbatı 2040-cı ildə pik həddə çata bilər.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "S&P Global Platts"ın enerji bazarları üzrə baş analitiki Nikol Leonard deyib.

"Bizim proqnoza əsasən, neftə olan tələbat 2040-cı ildə pik həddə çatacaq", - N. Leonard qeyd edib.

Onun sözlərinə görə, bunun səbəbi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olmayan ölkələrin, yəni Asiya, Latın Amerikası və Afrikanın inkişaf etməkdə olan ölkələrində neftə olan tələbat artmağa davam edəcək. Məhz bu regionlar tələbat artımının əsas drayveri qismində çıxış edəcək.

N. Leonard onu da əlavə edib ki, inkişaf etmiş ölkələrdən, xüsusən də Avropadan danışsaq, bu region ölkələri günəş və külək enerjisi güclərini artırmağa davam edəcək, bu da neftə olan tələbatın azalmasına gətirib çıxaracaq. Buna baxmayaraq, nəqliyyat sektorunda neftə olan tələbat hələ də əhəmiyyətli dərəcədə hiss olunacaq.

Ekspert həmçinin vurğulayıb ki, neft məhsullarına olan tələbat pik həddə 2035-ci ildə çatacaq, məhz bu vaxt nəqliyyat yanacağına da tələbat maksimum səviyyədə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR