"Equinor" Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edib

Stiq Otland

© APA | Stiq Otland

# 20 sentyabr 2021 17:50 (UTC +04:00)

Norveçin enerji şirkəti İsveçin “Equinor” şirkəti Stiq Otlandın (Stig Aatland) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunmasını elan edib. S. Otland öz yeni vəzifəsinin icrasına bu ilin sentyabr ayından etibarən, “Equinor”un Bakıdakı ofisində başlayacaq.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə,S. Otland bu vəzifədə şirkətin Azərbaycandakı fəaliyyətinə 2017-ci ildən rəhbərlik edən Favad Quraişini əvəz edəcək.

Xatırladaq ki, "Equinor" şirkəti (2018-ci ilədək "Statoil") Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “Azəri[1]Çıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (7,27 %) və Bakı-Tbilisi-Ceyhan (8,71 %) neft boru kəmərinin iştirakçısıdır.

2018-ci ilin may ayında SOCAR və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi və Əşrəfi - Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişi imzalamışlar. Sazişlərə əsasən şirkətlər bərabər paya malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR