"Equinor" Azərbaycanda alternativ enerji layihələrində iştirak edə bilər 

"Equinor" Azərbaycanda alternativ enerji layihələrində iştirak edə bilər 
# 22 oktyabr 2021 17:54 (UTC +04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Equinor" şirkətinin Rusiya və Azərbaycan üzrə baş vitse-prezidenti, Rusiya üzrə rəhbər Tore Lozetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Equinor" şirkətinin ölkəmizdə uzunmüddətli fəaliyyətindən bəhs edilib, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ neft yatağının işlənməsi üzrə uğurlu əməkdaşlıq təqdir edilib. Şirkətin enerji transformasiyası prosesində roluna və bərpa olunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Formalaşmış uğurlu əməkdaşlığın bərpa olunan enerji sahəsində, xüsusilə ölkəmizin dənizdə külək enerjisi potensialının reallaşdırılması istiqamətində genişləndirilməsinin mümkünlüyü qeyd edilib.

Məlumata görə, şirkətlə təcrübə və məlumat mübadiləsi sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR