Fırtınaya görə Novorossiyskdə neftin yüklənməsi faktiki hava şəraitinə əsasən aparılır

Fırtınaya görə Novorossiyskdə neftin yüklənməsi faktiki hava şəraitinə əsasən aparılır
# 07 sentyabr 2021 13:39 (UTC +04:00)

Rusiyanın Novorossiysk limanında neft və neft məhsullarının yüklənməsi faktiki hava şəraitinə əsasən davam edir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Transneft" şirkətinin rəsmi nümayəndəsi İqor Dyomin məlumat verib.

Onun sözlərinə görə, Novorossiysk bölgəsində fırtına davam edir.

"Yükləmə həqiqi hava şəraitinə görə davam edir, cədvəldəki növbəti mövqe (növbə – red.) sabah yaxınlaşacaq", - İ. Dyomin qeyd edib.

Onun sözlərinə görə, "Transneft" sisteminə neft qəbulu plandan ciddi yayınmalar olmadan davam edir.

Qeyd edək ki, SOCAR Bakı-Novorossiysk kəməri vasitəsi ilə neft ixrac edir. Kəmərinin uzunluğu 1 330 kilometr, diametri isə 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR