"Fitch": Azərbaycanın neft-qaz sektoru 2023-cü ilədək mərhələli bərpa olunacaq

"Fitch": Azərbaycanın neft-qaz sektoru 2023-cü ilədək mərhələli bərpa olunacaq
# 11 oktyabr 2021 14:48 (UTC +04:00)

"Fitch Solutions"un 2021-ci ildə neftin bir barelinin orta qiymətinin 70 ABŞ dolları, 2022-ci ildə isə 67 dollar olacağını vəd edən proqnozları nəzərə alsaq, Azərbaycan neft-qaz sektoru, çox güman ki, 2023-cü ilə qədər mərhələli şəkildə bərpa olunacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə "Fitch Solutions"un Azərbaycan iqtisadiyyatı üzrə icmalında deyilir.

İcmalda qeyd olunur ki, ölkə COVID-19 pandemiyası zamanı neft qiymətlərinin aşağı olmasının şokundan zərbə aldı, lakin neft istehsalının azaltması üzrə təşəbbüs olan "OPEC+" qiymətləri yenidən yüksəldərək sektor üzrə daxil olan gəlirləri qismən bərpa etdi.

Xatırladaq ki, 2021-ci ilin yanvar-avqust aylarında ölkənin neft ÜDM-i 1,2% azalıb, qeyri-neft ÜDM-i isə 5,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR