"Fitch" təbii qazın orta qiyməti üzrə proqnozunu yüksəldib - CƏDVƏL

"Fitch" təbii qazın orta qiyməti üzrə proqnozunu yüksəldib - CƏDVƏL
# 03 sentyabr 2021 13:16 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyini 2021-2022-ci illər üçün təbii qaza olan orta qiymətlər üzrə proqnozunu yüksəldib.

"APA-Economics"in "Fitch Ratings"ə istinadən verdiyi məlumata görə, baza ssenarisinə əsasən, 2021-ci ildə Niderlandın TTF ("Title Transfer Facility") virtual qaz satış mərkəzində və Böyük Britaniyanın NBP ("National Balancing Point") şərti qaz satış nöqtəsində qazın qiyməti 1 000 kubfut üçün (28,32 kubmetr) 10 ABŞ dolları təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 4 dollar çoxdur.

"Fitch"in baza ssenarisinə görə, bu il ABŞ-ın "Henry Hub" fiziki qaz satışı mərkəzində qazın qiyməti 3,4 dollar olacaq, bu da əvvəlki proqnozdan 0,95 dollar çoxdur.

Proqnoza əsasən, gələn il qazın 1 000 kubfutunun qiyməti TTF və NBP mərkəzlərində 6 dollar (əvvəlki proqnoz – 5 dollar), "Henry Hub" mərkəzində isə 2,75 dollar (əvvəlki proqnoz – 2,45 dollar) olacaq.

"Fitch Ratings"in qazın qiyməti üzrə proqnoz göstəriciləri:

$/kft (ft³)

2020

2021

2022

2023

2024

Uzunmüddətli

Faktiki

Əvvəlki

Təzə

Əvvəlki

Təzə

Əvvəlki

Təzə

Əvvəlki

Təzə

Əvvəlki

Təzə

Baza proqnozu

TTF/NBP

3,3

6

10

5

6

5

5

5

5

5

5

Henry Hub

2,1

2,45

3,4

2,45

2,75

2,45

2,45

2,45

2,45

2,45

2,45

Bədbin proqnoz

TTF/NBP

4,5

8

3

4

4

4

4

4

4,5

4,5

Henry Hub

2,25

3

1,65

1,65

2,25

2,25

2,25

2,25

2,25

2,25

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR