GECF Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatlarını qiymətləndirib

GECF Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatlarını qiymətləndirib
# 22 noyabr 2021 16:04 (UTC +04:00)

Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum- GECF) Azərbaycanda təsdiq olunmuş təbii qaz ehtiyatları üzrə qiymətləndirilməsinin nəticələrini açıqlayıb.

"APA-Economics"in təşkilatın illik statistik bülleteninə istinadən verdiyi məlumata görə, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,917 trln. kubmetr təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricisinə bərabərdir.

Bülletenə əsasən, ötən ilin nəticələrinə görə, təsdiq edilmiş qlobal təbii qaz ehtiyatları 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 1,8% azalaraq 201,44 trln. kubmetr təşkil edib.

Xatırladaq ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının böyük hissəsi Xəzər dənizində yerləşən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür. "Şahdəniz" layihəsi xarici şirkətlərlə birlikdə həyata keçirilir.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR