GECF: "Qaz OPEC"inin yaradılması planlaşdırılmır

GECF: "Qaz OPEC"inin yaradılması planlaşdırılmır
# 15 oktyabr 2021 10:20 (UTC +04:00)

Qiymətləri tənzimləmək üçün "qaz OPEC"inin yaradılmasına dair planlar yoxdur.

"APA-Economics" Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Yuri Sentyurin deyib.

Onun sözlərinə görə, qaz bazarı fərqli şəkildə qurulub və texniki xüsusiyyətlərə görə neft bazarı ilə eyni şəkildə tənzimlənə bilməz.

Xatırladaq ki, öncə Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Abdel Əziz bin Salman "OPEC+" razılaşmasının neft bazarına müsbət töhfəsini qeyd edərək, qaz və kömür bazarlarında tənzimləmənin çatışmazlığı barəsində fikrini səsləndirib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak dünya qaz bazarının tənzimlənməsi ideyasının, neft bazarının tənzimləndiyi kimi, rasional olduğunu bildirib.

O əlavə edib ki, indiki qaz qiymətləri normal deyil, vəziyyət müvəqqəti, spekulyativdir və fundamental faktorlara əsaslanmır. Onun fikrincə, bazarın proqnozlaşdırılmasına və sabitliyə ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR