IBF-in prezidenti Azərbaycana hidrogen araşdırması institutunun yaradılmasını təklif edib

Erol Yarar

© APA | Erol Yarar

# 15 noyabr 2021 12:03 (UTC +04:00)

Elektrikli avtomobillərinin akkumulyatorlarının zərərini nəzərə alaraq, hazırda dünyada ən çox hidrogenlə işləyən avtomobillərin yaradılması üzərində işlər gedir.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən İBF-in prezidenti Erol Yarar deyib.

Onun sözlərinə görə, hidrogen dünyada ən təmiz enerjidir və su ilə təbii qazdan əldə olunur, bu resurslar da Azərbaycanda mövcuddur.

"Biz təbii qazdan hidrogeni çıxarda bilsək, bizim dünyanın ən qiymətli yanacağını dünyaya ixrac etmək imkanımız olacaq. Onun üçün bu iclas vasitəsilə nazirlərin qarşında bunu demək istərdim – təcili Türkiyə və Azərbaycan arasında hidrogen araşdırması institutunun yaradılsın. Bu mövzuda araşdırmalar gecikmədən aparılmalıdır", - prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR