IEA 2021-ci ildə neftə olan tələbatın artımı üzrə proqnozunu yüksəldib

IEA 2021-ci ildə neftə olan tələbatın artımı üzrə proqnozunu yüksəldib
# 13 iyul 2021 12:33 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-2022-ci illər üçün qlobal neft tələbatının artımı üzrə proqnozunu dəyişib.

"APA-Economcs"in IEA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2021-ci il üçün gündəlik neft tələbatının artımı üzrə 40 min barel yüksəldib, 2022-ci il üçün isə 60 min barel azaldıb.

Cari il üzrə proqnozun yüksəldilməsinin səbəbi kimi Çin, Küveyt və ABŞ kimi ölkələrdə gözləniləndən daha yüksək artımın qeydə alınması göstərilib.

Hesabata əsasən, 2021-ci ildə göstərici üzrə artım 5,4 mln. barel olacaq və gündəlik qlobal neft tələbatı 96,4 mln. barel təşkil edəcək. 2022-ci ildə artım 3 mln. barel olacaq və 99,5 mln. barel səviyyəsində qərarlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR