IEA: 2030-cu ilədək qlobal qaz tələbatı artacaq

Meri Varlik

© APA | Meri Varlik

# 05 noyabr 2021 10:04 (UTC +04:00)

2030-cu ilədək qaza olan qlobal tələbat artacaq.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktorunun müavini Meri Varlik (Mary Warlick) VIII Bakı Qlobal Forumu çərçivəsində "Qlobal iqlim dəyişikliyi ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması: Hər iki məsələni eyni vaxtda necə həll etmək olar" adlı paneldə çıxışında bildirib.

O deyib ki, dünyada 708 mln. əhalinin enerji mənbələrinə çıxışı məhdudur. İqlim dəyişikliyi vəziyyəti daha da çətinləşdirib.

"İstixana qazları 70%-dək azalmalıdır, xüsusilə də, Hindistan kimi ölkələr üçün bu, olduqca vacibdir. Eyni zamanda, dünya enerji bazarında standartlar dəyişilməlidir. İstixana qazlarının emissiyası 2050-dək 40%-dək azaldılmalıdır, bu, Avropa, ABŞ və digər ölkələrdə baş verməlidir. Paris İqlim Sazişinin iqlim dəyişikliyinin hədəflərinə hələ də çatmırıq. Vəziyyət təhlükəlidir, ölkələr bu sahəyə daha çox investisiya yatırmalı, istixana qazının emissiyasını azaltmalıdır", - M. Varlik bildirib.

O həmçinin əlavə edib ki, 2030-cu ilədək qaza olan qlobal tələbat artacaq və bu tələbat xüsusilə inkişafda olan ölkələr tərəfindən olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR