IEA: Azərbaycan Avrasiyada qaz hasilatının artımına töhfə verəcək

IEA: Azərbaycan Avrasiyada qaz hasilatının artımına töhfə verəcək
# 05 iyul 2021 14:56 (UTC +04:00)

Avrasiyada qaz istehsalı artımının əsas drayverlərindən biri qismində Azərbaycan çıxış edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Qeyd olunub ki, 2024-cü ildə Avrasiya üzrə qaz hasilatı 1 033 mlrd. kubmetr təşkil edəcək. Bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 17% çoxdur.

Proqnoza əsasən, artım əsasən Rusiyanın hesabına baş verəcək, belə ki, 2024-cü ildə bu ölkə üzrə qaz hasilatı 814 mlrd. kubmetr olacaq, bu da 2020-ci illə müqayisədə təxminən 18% çoxdur.

Hesabatda həmçinin qeyd olunub ki, ixracın artımı fonunda (Trans-Anadolu və Trans-Adriatik kəmərlərinin buraxılış güclərinin artımı ilə) hasilatın çoxalması ilə Azərbaycan Avrasiyada "mavi yanacaq" istehsalının artması prosesinə töhfə verən ikinci iştirakçı ölkə kimi çıxış edəcək.

Trans-Anadolu (TANAP) və Trans-Adriatık (TAP) qaz kəmərləri Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsidirlər. Hazırda dəhlizin illik buraxılış gücü 16 mlrd. kubmetrdir. Dəhlizin buraxılış gücü iki artırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR