IEA: Azərbaycan regional qaz mərkəzinə çevrilə bilər

IEA: Azərbaycan regional qaz mərkəzinə çevrilə bilər
# 02 iyul 2021 11:50 (UTC +04:00)

Azərbaycan sabit neft-qaz bazarı yaradaraq, vacib və etibarlı neft-qaz ixracatçısına çevrilib.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Azərbaycanın beynəlxalq əhəmiyyətli nailiyyəti Cənub Qaz Dəhlizinin (CQD) başa çatdırılması olub, hansı ki, "Şahdəniz" qaz-kondensat yanağından Türkiyə ərazisi ilə Avropaya nəql etməsini və sonuncuya qaz təchizatı marşrutlarının şaxələndirilməsinə imkan yaradıb.

"Neft və təbii qaz Azərbaycanın ixrac gəlirlərinin təxminən 90%-ni təşkil edir və dövlət büdcəsinin təxminən 60%-ni təmin edir. Bundan başqa, bunlar (neft və qaz – red.) ölkədə ilkin enerjinin 98%-ni, elektrik enerjisinin isə 90%-dən çoxunu təmin edir. Neft və bu yaxınlardan etibarən qaz 1990-cı illərin sonlarından bəri Azərbaycanda yaşayış səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə əhəmiyyətli dərəcədə səbəb olub", - hesabatda deyilir.

Sənəddə həmçinin qeyd olunub ki, CQD-nin buraxılış gücünün artırılması ilə dəhliz çərçivəsində qazın nəqli iki dəfə yüksələ bilər ki, bu da Azərbaycanın regional qaz mərkəzinə çevrilməsinə şərait yaradacaq.

Xatırladaq ki, CQD-yə Cənubi-Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatık (TAP) qaz kəmərləri daxildir. Hazırda dəhlizin illik buraxılış gücü 16 mlrd. kubmetrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR