IEA builki qlobal neft tələbatının artımı üzrə proqnozunu cüzi azaldıb

IEA builki qlobal neft tələbatının artımı üzrə proqnozunu cüzi azaldıb
# 14 sentyabr 2021 12:56 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci il üçün qlobal neft tələbatının artımı üzrə proqnozunu dəyişib.

"APA-Economcs"in IEA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2021-ci il üçün gündəlik neft tələbatının artımı tempini 5,2 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır, bu da iyulda verilən proqnoz ilə müqayisədə 0,1 mln. barel azdır. Beləliklə, neftə olan gündəlik qlobal tələbat cari ildə 96,1 mln. barelədək yüksələ bilər.

Hesabata əsasən, IEA 2022-ci il üçün gündəlik qlobal neft tələbatının artımı üzrə proqnozunu dəyişməyib (3,2 mln. barel).

Tələbin bərpası üzrə proqnozun azaldılmasının səbəbi kimi, Asiyada COVID-19 virusundan yoluxmaların artmasından son üç ay ərzində qlobal neft tələbatın azaldılması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR