IEA: Neft 2050-ci il üçün 24 dollaradək ucuzlaşa bilər

IEA: Neft 2050-ci il üçün 24 dollaradək ucuzlaşa bilər
# 13 oktyabr 2021 09:48 (UTC +04:00)

Qlobal karbon neytrallığı siyasəti 2030-cu il üçün neftin bir barelinin 36 ABŞ dollarınadək, 2050-ci il üçün isə 24 dollaradək ucuzlaşmasına səbəb ola bilər.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) "World Energy Outlook 2021" hesabatına istinadən xəbər verir.

Lakin proqnozdan irəli gələn digər ssenarilərə görə, neft qiymətlərinin dinamikası fərqli ola bilər.

Belə ki, IEA hesabatında iqlim islahatlarının miqyasına görə fərqlənən qlobal energetikanın inkişafı üzrə üç ssenariyə əsaslanır. Hesabata əsasən, "Net Zero Emissions" (NZE, sıfır tullantı – red.) ssenarisi çərçivəsində neftin qiymətinin 24 dollaradək enməsi mümkündür. IEA qeyd edir ki, NZE strategiyasının həyata keçirilməsi ilə dünyanın artıq yeni neft-qaz yataqlarına ehtiyacı olmayacaq.

Lakin hesabatda qeyd olunan digər iki ssenari mövcud qiymət dəhlizinin 2050-ci ilədək qalacağını, hətta böyüməsini ehtimal edir. Beləliklə, ikinci ssenariyə əsasən, 2030-cu il üçün neftin orta qiyməti 67 dollar, 2050-ci il üçün isə 64 dollar təşkil edəcək. Digər ssenariyə görə, 2050-ci ilədək neftin qiyməti 60-90 dollar aralığında olacaq.

İqtisadiyyatların karbonsuzlaşdırılması ilə bağlı ən bədbin ssenarilərə görə, qlobal neft hasilatında Rusiya və OPEC ölkələrinin payı indiki 40%-lə müqayisədə ən azı 60% səviyyəsində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR