IEA: "OPEC+" ölkələri oktyabrda öhdəliklərini 116% yerinə yetirib

IEA: "OPEC+" ölkələri oktyabrda öhdəliklərini 116% yerinə yetirib
# 16 noyabr 2021 14:22 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin oktyabr ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 116% yerinə yetiriblər.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, ötən ay OPEC ölkələri razılaşmanı 124%, qeyri-OPEC ölkələri isə 103% yerinə yetirib.

Qeyd edək ki, oktyabrda Rusiya razılaşma çərçivəsində öhdəliyini 92% icra edib.

Məlumata görə, "OPEC+" ölkələri oktyabrda gündəlik neft hasilatı 490 min barel artıraraq 36,82 mln. barelə çatdırıb.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR