IEA: Ötən il dünyada benzin 11% ucuzlaşıb

IEA: Ötən il dünyada benzin 11% ucuzlaşıb
# 03 iyul 2021 11:15 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin hesablamalarına görə, 2020-ci ildə dünyada benzinin orta qiyməti bir litr üçün 0,81 dollar olub ki, bu da illik müqayisədə 11% azdır.

APA-Economics”in IEA-ın hesabatına istinadən verdiyi məlumata görə, qiymət azalması səbəbi kimi COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin birinci yarısında neft qiymətlərinin azalması göstərilir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, 2020-ci ilin nəticələrinə görə, benzinin bir litrinin ən yüksək satış qiyməti Honq Konqda (2,01 dollar), ən aşağı göstərici isə (0,32 dollar) İranda qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR