IEA: Qlobal neft hasilatı avqustda azalıb

IEA: Qlobal neft hasilatı avqustda azalıb
# 14 sentyabr 2021 13:27 (UTC +04:00)

Bu ilin avqust ayında qlobal orta gündəlik neft hasilatı iyul ayına nisbətən 0,54 mln. barel azalaraq 96,1 mln. barelə enib.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Məlumata görə, hasilatda planlaşdırılmamış fasilələr (məs. ABŞ-da "İda" qasırğasının neft hasilatına təsiri – red.) "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində hasilat artımını ilə kompensasiya edilir.

Hesabata əsasən, OPEC ölkələri üzrə avqust ayında orta gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 210 min barel artaraq 26,89 mln. barelə yüksəlib. Əsas artım Səudiyyə Ərəbistanı və İraqın hesabına baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR