IEA qlobal neft tələbatı üzrə proqnozunu korrektə edib

IEA qlobal neft tələbatı üzrə proqnozunu korrektə edib
# 16 noyabr 2021 14:07 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-2022-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu korrektə edib.

"APA-Economics"in IEA-in noyabr hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci il ildə gündəlik tələbatın artım tempi 5,5 mln. barel səviyyəsində qalacaq, bu da əvvəlki proqnozla bərabərdir.

Hesabata əsasən, Agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu cüzi (0,1 mln. barel) artıraraq 3,4 mln. barelədək yüksəldib.

"Benzindən aktiv istifadə və daha çox ölkələrin sərhədlərini açdıqca beynəlxalq səyahətlərin artması səbəbindən qlobal neft tələbatı artır. Bununla belə, Avropada yeni COVID dalğaları, sənaye fəallığının zəifləməsi və yüksək neft qiymətləri tələb artımını ləngidəcək. Nəticədə, neftə tələbat artımı üzrə proqnozumuz ötən hesabat ilə müqayisədə demək olar ki, deyişməyib, və 2021-ci il üçün 5,5 mln. barel, 2022-ci il üçün isə 3,4 mln. barel təşkil edir", - hesabatda qeyd edilir.

Noyabr proqnozuna görə, 2021-ci ildə neftə olan gündəlik qlobal tələbat 96,28 mln. barel təşkil edəcək, halbuki 2020-ci ildə bu göstərici 90,79 mln. barel səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR