İƏT-in energetika nazirlərinin 4-cü iclası keçiriləcək

İƏT-in energetika nazirlərinin 4-cü iclası keçiriləcək
# 21 iyun 2021 13:56 (UTC +04:00)

İyunun 22-23-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) enerji üzrə yüksək səviyyəli mütəxəssislər qrupunun 4-cü iclası keçiriləcək.

APA-Economics” Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bununla yanaşı iyunun 24-də İƏT-in energetika nazirlərinin 4-cü iclası keçiriləcək.

İclaslar onlayn olaraq təşkil olunacaq.

Qeyd edək ki, İƏT hökumətlərarası təşkilat kimi 1985-ci ildə yaradılıb. Təşkilatın 10 üzv ölkəsi var (Türkiyə, İran, Pakistan, Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR