IGU: Qaz külək və ya günəş enerjisinin büdcəli alternativi olacaq

IGU: Qaz külək və ya günəş enerjisinin büdcəli alternativi olacaq
# 09 iyul 2021 10:26 (UTC +04:00)

Beynəlxalq Qaz İttifaqı (International Gas Union – IGU) təbii qazı, xüsusən hazırda yer alan iqlim hədəflərinin və karbohidrogen yanacaqlarından kütləvi şəkildə imtina edilməsi kontekstində qlobal enerji sisteminin vacib bir hissəsi hesab edir.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı IGU-ya istinadən xəbər verir.

IGU-nun vitse-prezidenti Andrea Şteqerin sözlərinə görə, zərərli neft və kömürdən təmiz təbii qaza keçid sübut edilmiş, ucuz və ətraf mühitin xeyrinə işləyən bir həldir.

Qeyd olunur ki, dünya ölkələrindən hər biri bərpa olunan enerji mənbələri təmin etmək üçün maliyyə, sənaye bazası və texniki biliklərə sahib deyil. Yeni texnologiyalara sərmayə qoymağı bacaran zəngin ölkələrdən fərqli olaraq, yoxsul ölkələr artan əhalini istilik və elektrik enerjisi ilə təmin etmək ehtiyacındadır. Bu vəziyyətdə qaz külək və ya günəş enerjisinin büdcəli alternativi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR