İranla Azərbaycan arasında dəniz turizminin genişləndirilməsi planı hazırlanır

EKO 2022 Turizm paytaxtları tədbirinin icraçı katibi  Əli Mahfruzi

© APA | EKO 2022 Turizm paytaxtları tədbirinin icraçı katibi  Əli Mahfruzi

# 30 iyul 2021 19:21 (UTC +04:00)

“İranla Azərbaycan Respublikası arasında dəniz turizminin genişləndirilməsi planı hazırlanır”.

Bunu EKO 2022 Turizm paytaxtları tədbirinin icraçı katibi Əli Mahfruzi APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda üzərində iş aparılan önəmli məsələlərdən biri İranla Azərbaycan Respublikası arasında dəniz turizminin genişləndirilməsi planıdır: “Bu plan haqqında gələn il İranın Sari şəhərində keçirilməsi nəzərdə tutulan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin turizm paytaxtlarının iclasında bu haqda Azərbaycan tərəfi ilə danışıqlar aparılacaq”.

O qeyd edib ki, plana əsasən iki ölkə arasında turistlərin istifadəsi üçün səyahət gəmilərinin açılması nəzərdə tutulur: “Düşünürəm ki, bu plan Azərbaycan tərəfindən alqışalanacaq. Çünki bu iş iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək“.

EKO 2022 turizm tədbiri haqqında danışan Ə.Mahfruzi deyib ki, 2019-cu ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iclasında üzv ölkələrin Turizm paytaxtlarının ilk tədbirinin 2022-ci ildə Mazandaran əyalətinin Sari şəhərində keçirilməsi haqqında razılıq əldə olunub.

İƏT-ə üzv ölkələrin turizm nazirləri və bu ölkələrdən olan incəsənət xadimləri gələn ilin oktyabrında İƏT Turizm paytaxtları tədbirində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR