İraq sabit neft qiymətlərinin tərəfdarıdır

İraq sabit neft qiymətlərinin tərəfdarıdır
# 27 oktyabr 2021 16:43 (UTC +04:00)

İraqın Neft Nazirliyi bu il 16 mlrd. ABŞ dollarından çox əlavə gəlir əldə edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu nazirliyin nümayəndəsi Asem Cihad bildirib.

Onun sözlərinə görə, əldə olunan gəlir 2021-ci ilin dövlət büdcəsinə əlavə edilməlidir. Bu vəsait inflyasiyanın və dövlət borcunun həcminin azaldılmasına kömək edəcək.

Nazirliyin nümayəndəsi dünya bazarlarında neft qiymətlərinin sabit olmasının tərəfdarı olduğunu bildirib.

"Biz enerji bazarlarında şişirdilmiş deyil, real neft qiymətlərinə riayət edirik", - A. Cihad qeyd edib.

O həmçinin əlavə edib ki, neft bazarında dalğalanmalar xammal istehsalçıları və istehlakçıları arasında çaşqınlıq yarada bilər, lakin "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) alyansının fəaliyyəti neftin qiymətində tarazlığa və sabitliyə nail olmağa yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR