İsrail şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına cəlb olunacaq

İsrail şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına cəlb olunacaq
# 16 iyun 2021 16:24 (UTC +04:00)

Gələcəkdə Azərbaycanda təşkil ediləcək bərpa olunan enerji hərraclarında İsrail şirkətlərinin də iştiraka təşviq edilməsi əhəmiyyət kəsb edir.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüş zamanı qeyd olunub.

Görüşdə energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Bildirilib ki, İsrail Azərbaycan üçün vacib tərəfdaş olduğu qədər, Azərbaycan da İsrailin enerji təhlükəsizliyi üçün bir o qədər əhəmiyyət kəsb edən ölkədir və İsrailin neft idxalının əhəmiyyətli hissəsi Azərbaycanın payına düşür.

Azərbaycanda energetika sahəsində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib, bərpa olunan enerji, enerji səmərəliliyi sahəsində qabaqcıl təcrübəyə və texnologiyalara malik İsrail şirkətləri ilə əməkdaşlıq üçün potensialın olduğu qeyd edilib.

Görüşdə müvafiq sahələr üzrə məlumat və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR