"Lukoil" qaz hasilatını artırıb

"Lukoil" qaz hasilatını artırıb
# 27 avqust 2021 13:54 (UTC +04:00)

Bu ilin birinci yarısında Rusiyanın "Lukoil" şirkəti 15,9 mlrd. kubmetr qaz hasil edib ki, bu da illik müqayisədə 7,7% çoxdur.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, 2020-ci ilin müvafiq dövründı bu göstərici 14,8 mlrd. kubmetr təşkil edib.

Xtırladaq ki, “Lukoil” Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin iştirakçısıdır (10%), bununla yanaşı, şirkət Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarıdır (10%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR