“Lukoil” Xəzərdə neft hasilatını artırıb

“Lukoil” Xəzərdə neft hasilatını artırıb
# 27 avqust 2021 15:01 (UTC +04:00)

Bu ilin birinci yarısında Rusiyanın "Lukoil" şirkəti Xəzərin Rusiya sektorunda yerləşən V. Filanovskiy və Y. Korçaqin adına yataqlarından 3,7 mln. ton neft hasil edib ki, bu da illik müqayisədə 1,7% çoxdur.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, artım qazma proqramlarının həyata keçirilməsi sayəsində baş verib.

Bununla yanaşı, Xəzərdə yerləşən V. Qrayfer adına yatağın inkişafı çərçivəsində sahədə sualtı boru kəmərlərinin və kabel xətlərinin çəkilişi davam edir, gəmiqayırma zavodlarında platformaların üst tikililərin inşası aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR