"Lukoil" Xəzərdə yeni neft yatağının işlənməsində iştirak edəcək

"Lukoil" Xəzərdə yeni neft yatağının işlənməsində iştirak edəcək
# 30 sentyabr 2021 12:33 (UTC +04:00)

Qazaxıstanın Xəzər sektorunda "Kalamkas-dəniz" ("Xəzər") neft yatağının işlənməsinə başlanılır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev onlayn formatda keçirilən Qazaxıstan və Rusiya arasında 17-ci Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, layihədə ortaq kimi Rusiyanın "Lukoil" şirkəti çıxış edəcək.

"Biz "Kalamkas-dəniz" iri neft yatağının işlənməsinə başlayırıq. Rusiya tərəfində strateji tərəfdaş müəyyən edilib ki, bu da "Lukoil" şirkətidir. Layihənin ümumi dəyəri təxminən 5 mlrd. ABŞ dolları təşkil edəcək", - deyə Tokayev qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni "Lukoil" şirkətinə satmağı razılaşdırıb. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, BP – 25% və "Lukoil" – 25%. Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR