Media nümayəndələri Suqovuşan qəsəbəsinə elektrik verilişi işləri ilə tanış olublar - FOTO - VİDEO

Media nümayəndələri Suqovuşan qəsəbəsinə elektrik verilişi işləri ilə tanış olublar - FOTO  - VİDEO
# 26 may 2021 13:16 (UTC +04:00)

"Azərişıq" ASC-nin təşkilatçılığı ilə baş tutan media-tur çərçivəsində jurnalistlər bu gün Suqovuşan qəsəbəsinə səfər edib.

APA-nın əməkdaşı xəbər verir ki, jurnalistlər “Suqovuşan” yarımstansiyası və görülən işlərlə yerində tanış olub.

Media nümayəndələrinə məlumat verilib ki, işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkilişi başa çatıb, bir neçə gün əvvəl qəsəbəyə elektrik enerjisi verilib.

Qəsəbəyə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilib, 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib.

Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və mühafizəli 35 kV kabel xəttindən istifadə, ənənəvi elektrik veriliş xətlərinə nisbətən texniki itkiləri 2,3 dəfə, illik qəza və planlı açılmalar sayını 25-30 dəfə, sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə, istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə, istismar və saxlanma xərclərini 4 dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər 1 km elektrik xəttinin mühafizə zonasına görə 5 dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir.

Ümumilikdə, Suqovuşan elektrik Veriliş Xəttinin 35 kV müasir tip kabel ilə çəkilməsi nəticəsində şəbəkənin etibarlığının artırılması təmin edilib.

Bildirib ki, Tərtər rayonu, Suqovuşan və Talış kəndlərinin elektrik təchizatı üçün “Azərişıq” ASC tərəfindən 35 kV-luq 2,5 MVA gücündə “Suqovuşan” yarımstansiyası inşa edilmişdir. Yarımstansiyanın qidalandırılması üçün 110/35/6 kV-luq “Tərtər” yarımstansiyasından 29 km məsafədə özünüdaşıyan izolyasiyalı kabeldən ibarət xətt çəkilib. Hazırda yarımstansiyadan hərbi hissə elektrik enerjisi ilə təmin olunur.

Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR