Nazir müavini: "Texnologiyalarla enerji səmərəliliyi arasında əlaqəni nəzərdən keçirməliyik"

Samir Vəliyev

© APA | Samir Vəliyev

# 02 dekabr 2021 15:14 (UTC +04:00)

Enerji səmərəliliyi iqlim hədəflərinə nail olmaq üçün əsas sahələrdən biridir.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın nominal ev sahib olduğu CAREC-in (Central Asia Regional Economic Cooperation – CAREC) virtual Enerji İnvestisiya Forumunda (EIF)

deyib.

O qeyd edib ki, enerji baxımından səmərəli texnologiyalar, bərpa olunan enerji mənbələrindən geniş istifadə və davranış modellərinin dəyişdirilməsi enerji səmərəliliyinin miqyasını və əhatə dairəsini artıracaq aspektlərdir.

Nazir müavini bildirib ki, Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, enerji səmərəliliyi siyasətinin rəqəmsal transformasiyası "xalis sıfır karbon emissiyası" keçidində böyük rol oynayacaq: "IEA-in "xalis sıfır" ssenarisinə əsasən, 2050-ci ildə qlobal enerji tələbatı bü günlə müqayisədə təxminən 8% az olacaq, lakin əhalinin sayı daha 2 mlrd. insan çox olacaq və enerjiyə tələbatı olan iqtisadiyyatın həcmi indikində iki dəfə böyük olacaq. Bu baxımından biz texnologiyaların tətbiqi ilə enerji səmərəliliyinin arasında olan əlaqənin ciddi şəkildə nəzərdən keçirməliyik".

S. Vəliyev əlavə edib ki, enerji səmərəliliyi investisiyalar ilə dəstəklənməsi vacibdir və burada özəl sektorun və maliyyə institutlarının maraqlı tərəf kimi çıxış edərək bu prosesdə daha sıx iştirakı önəmlidir.

Qeyd edək ki, Enerji İnvestisiya Forumu enerji sektoruna özəl sərmayələri təmin etmək üçün Mərkəzi Asiyanın aparıcı tədbiridir. 2030-cu ilə qədər (Çin istisna olmaqla) regionda enerji sektoruna təxminən 400 mlrd. dollar investisiya yatırılması lazımdır. Hökumətlər etiraf edirlər ki, təkcə dövlət sektoru bu maliyyə ehtiyaclarını ödəyə bilməyəcək və EIF regiona investorları cəlb etmək üçün əsas vasitə kimi fəaliyyət göstərir.

Forumda qeyd edilib ki, regionda köhnəlmiş infrastruktur, aşağı enerji qiymətləri, siyasi və tənzimləyici dəstəyin olmaması səbəbindən regional enerji səmərəliliyi aşağı səviyyədə olmaqda davam edir. CAREC regionunda yüksək enerji intensivliyini nəzərə alaraq, enerji səmərəliliyinin sürətləndirilməsi bazarda iqtisadi rəqabət qabiliyyətini artırmaq və karbon emissiyalarını azaltmaq üçün güclü, aşağı xərc tələb edən, yüksək təsirli tədbirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR