Nazir Türkiyədən Naxçıvana təbii qazın tədarükünə dair görülən işləri açıqlayıb

Fatih Dönməz

© APA | Fatih Dönməz

# 28 iyun 2021 14:16 (UTC +04:00)

“Azərbaycanın energetika naziri Pərviz Şahbazov Anlaşma Memorandumu imzalamışdıq. Azərbaycanın bəzi texniki məlumatları təsdiqləməsini gözləyirik. Həmin təsdiqlər verilən kimi xəttin inşasına başlayacağıq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyədən Naxçıvana qaz tədarükü ilə bağlı suala cavabında deyib.

“Hazırlıqlarımız, marşrut, araşdırma, proqnozlaşdırma işləri artıq başa çatıb. Ortaq bir layihə həyata keçirilir. Müqavilədə göstərilən bəzi fərqli texniki məlumatların bizimlə paylaşılmalıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu məlumatları bölüşən kimi işə başlayacağıq”, - deyə türkiyəli nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR