Neft Fondu son 18 ildə dövlət büdcəsinə 107 mlrd. dollaradək vəsait transfert edib

ARDNF-nin inzibati binası

© APA | ARDNF-nin inzibati binası

# 11 noyabr 2021 11:38 (UTC +04:00)

Son 18 il ərzində (2003-2020-ci illər) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfertlərinin həcmi 12,1 mlrd. və ya 122 dəfə artıb.

Bu barədə "APA-Economics" ARDNF-nin 2020-ci il üzrə dərc etdiyi hesabata istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, 2003-cü ildə Neft Fondunun dövlət büdcəsinə transferti 100 mln. manat təşkil edirdisə, 2020-ci ildə bu göstərici 12 200 mln. manatadək yüksəlib. Ötən ilin ARDNF tərəfindən dövlət büdcəsinə edilən transfert hesabat dövrünün (2003-2020-ci illər) həcmcə ən yüksək göstəricisidir.

"2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 681,7 mln. manat təşkil edib və bunun 12 200 mln. manatı və yaxud 49,4%-i ARDNF tərəfindən transfert edilib. Transfert dövlət büdcəsi xərclərinin (26 416,3 mln. manat) 46,2%-ni təşkil edib", - hesabatda bildirilir.

Hesabata əsasən, 2003-2020-ci illərdə dövlət büdcəsinə ümumilikdə ARDNF tərəfindən 112,1 mlrd. manat və yaxud 106,9 mlrd. ABŞ dolları məbləğində vəsait köçürülüb. Bu dövr ərzində ARDNF-nin cəmi büdcə xərcləri 126 mlrd. manat olub və transfertlər bu xərclərin 89%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR