Neft hasilatı üzrə dünya liderləri məlum olub - TOP-3

Neft hasilatı üzrə dünya liderləri məlum olub - TOP-3
# 18 oktyabr 2021 17:15 (UTC +04:00)

Bu ilin avqust ayının nəticələrinə görə, ABŞ dünyada neft hasilatı üzrə liderliyini qoruyub-saxlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Neft Statistikası üzrə Birgə Təşəbbüs"ə (JODI) istinadən xəbər verir.

Məlumata görə, avqust ayında ABŞ-da ortalama gündəlik neft hasilatı 11,181 mln. barel səviyyəsində olub.

Qeyd olunur ki, sözügedən göstərici üzrə ikinci yerdə Rusiya (gündəlik 9,944 mln. barel), üçüncü yerdə isə Səudiyyə Ərəbistanı (9,562 mln. barel) qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR