Novak: "Dinc məqsədli nüvədən imtina çox vaxt mənfi nəticələrə səbəb olur"

Novak: "Dinc məqsədli nüvədən imtina çox vaxt mənfi nəticələrə səbəb olur"
# 08 sentyabr 2021 15:42 (UTC +04:00)

Bir sıra ölkənin nüvə enerjisindən imtina etməsi çox vaxt mənfi iqtisadi və sosial nəticələrə gətirib çıxarır. Bununla yanaşı, mövcud atom elektrik stansiyalarının bərpa olunan enerji mənbələrinə əsaslanan istehsalla əvəzlənməsi nüvə enerji bloklarının ömrünü uzatmaqdan daha bahalıdır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak deyib.

"Çox vaxt ölkələrin dinc məqsədli nüvədən istifadəsindən imtina etməsi açıq şəkildə mənfi iqtisadi və sosial nəticələrə səbəb olur. Məsələn, 2011-ci ildən bəri nüvə enerjisindən istifadə etməyən Almaniya, 2010-2013-cü illərdə qiymətlərin 25% artması səbəbindən, bu gün Avropada ən yüksək elektrik enerjisi tariflərindən (bir kVt/saat üçün 30,5 avro sent) birinə malikdir", - A. Novak qeyd edib.

Baş nazirinin müavini onu da vurğulayıb ki, Beynəlxalq Enerji Agentliyinə məlumatına görə, nüvə enerjisindən tamamilə imtina və onun Avropada bərpa edilən enerji ilə əvəz edilməsi mövcud nüvə elektrik stansiyalarının ömrünün uzadılmasına dair qərardan 500 mlrd. dollar daha baha başa gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR