Novak: "Rusiya 30 il neftlə və ən azı 50 il qazla təmin olunub"

Aleksandr Novak

© APA | Aleksandr Novak

# 29 noyabr 2021 11:11 (UTC +04:00)

Rusiya 30 il neftlə və ən azı 50 il təbii qazla təmin olunub.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Rusiya-Çin Enerji Sammitində deyib.

"Rusiyanın böyük neft və qaz ehtiyatları mövcuddur. İndiki şəraitdə və hasilat səviyyəsində Rusiyada neft ehtiyatları təqribən 30 ilə, qaz ehtiyatları isə 50 ilə bəs edəcək", - o deyib.

O bildirib ki, Rusiya uzunmüddətli perspektivdə neft və qaz ehtiyatlarını sata biləcəyinə əmindir: "İnanırıq ki, yaxın illərdə enerji bazarlarında bu resurslara tələbat olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR