Novak: "Rusiya qazı ABŞ qazından dörd dəfə təmizdir"

Aleksandr Novak

© APA | Aleksandr Novak

# 28 may 2021 13:02 (UTC +04:00)

Rusiya qazının ABŞ qazından dörd qat daha az karbon ayaq izi var.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Nazir qeyd edib ki, müxtəlif analitik və konsaltinq agentliklərin məlumatlarına görə, "Şimal axını" qaz boru kəməri xətti ilə Avropaya nəql edilən Rusiya qazında ABŞ-ın qitəyə göndərdiyi qazdan dörd qat daha az karbon ayaq izi var.

Bunun səbəbi kimi, nazir ABŞ-da qazın böyük hissəsinin hidravlik qırılma yolu ilə şist süxurlarından hasil olmasını göstərib.

Qeyd edək ki, karbon ayaq izi ("carbon footprint") birbaşa və dolayı yolla bir şəxs, təşkilat, hadisə və ya məhsul tərəfindən yaradılan bütün istixana qazı tullantılarının məcmusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR