OPEC: 2035-ci ildən sonra qlobal neft tələbatının artımı dayanacaq

OPEC: 2035-ci ildən sonra qlobal neft tələbatının artımı dayanacaq
# 28 sentyabr 2021 17:15 (UTC +04:00)

Dünyada neftə olan tələbatın artım templəri 2025-ci ildən sonra tədricən yavaşlayacaq və 2035-ci ildən sonra artım tamamilə dayanacaq.

Bu barədə "APA-Economics" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) "World Oil Outlook" (WOO) illik hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2020-ci ildən 2025-ci ilədək qlobal gündəlik neft tələbatının hər il 2,6 mln. barel artacağı gözlənilir, 2025-ci ildən 2030-cu ilədək bu göstərici 0,6 mln. barel təşkil edəcək, 2030-2035-ci illər arasında artım tempi cəmi 0,3 mln. barel təşkil edəcək. Hesabata əsasən, bundan sonra artım tamamilə dayanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR