OPEC: Azərbaycanda maye karbohidrogenlər hasilatı yaxın 10 ildə stabil qalacaq

OPEC: Azərbaycanda maye karbohidrogenlər hasilatı yaxın 10 ildə stabil qalacaq
# 28 sentyabr 2021 17:23 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) proqnozuna əsasən, Azərbaycanda uzunmüddətli perspektivdə neft və digər maye karbohidrogenlərin hasilatı azalacaq.

Bu barədə "APA-Economics" OPEC-in "World Oil Outlook" (WOO) illik hesabatına istinadən xəbər verir.

Proqnoza görə, 2020-2030-cu illərdə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı stabil qalacaq və 0,7 mln. barel səviyyəsində qərarlaşacaq. Lakin 2035-ci və 2040-cı illərdə bu göstəricinin 0,6 mln. barelə enəcəyi ehtimal edilir.

Hesabatda həmçinin qeyd olunur ki, 2045-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik hasilat səviyyəsinin 0,5 mln. barel təşkil edəcəyi proqnozlaşdırılır, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 0,3 mln. barel azdır.

OPEC-in sentyabr ayında verdiyi proqnoza görə, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 750 min barel səviyyəsində, 2022-ci ildə isə 820 min barel səviyyəsində olacağı ehtimal edilir. Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR