OPEC Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni artırıb

OPEC Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni artırıb
# 01 oktyabr 2021 15:08 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda təsdiq olunmuş təbii qaz ehtiyatları üzrə qiymətləndirilməsini artırıb.

"APA-Economics"in OPEC-in illik statistik bülleteninə istinadən verdiyi məlumata görə, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trln. kubmetr təşkil edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 14,8% çoxdur.

Qeyd edək ki, OPEC qiymətləndirilmələrinə görə, 2019-cu ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,917 trln. kubmetr təşkil edib.

Bülleteninə əsasən, ötən ilin nəticələrinə görə, təsdiq edilmiş qlobal təbii qaz ehtiyatları 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 0,4% azalaraq 206,7 trln. kubmetr təşkil edib.

Xatırladaq ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının böyük hissəsi Xəzər dənizində yerləşən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür. "Şahdəniz" layihəsi xarici şirkətlərlə birlikdə həyata keçirilir.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR