Neft bazarındakı vəziyyət koronavirusun yeni ştammlarının təsiri altındadır, ölkələr vaksinasiyanın sürətini artırmalıdır.
"APA-Economics"in məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Baş katibi Məhəmməd Barkindo "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə bildirib.
"Neft bazarının təkamülünə təsir edən xarici faktorları qeyd etməliyik. Bu, dövlətlərin koronavirusun yeni ştammlarına reaksiyasından qaynaqlanır. Neft bazarının disbalansı vaksinasiyanın templərini sürətləndirməsini tələb edir", - deyə Barkindo bildirib.