OPEC bu il neft bazarında daha dərin defisit gözləyir

OPEC bu il neft bazarında daha dərin defisit gözləyir
# 31 may 2021 17:57 (UTC +04:00)

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) özünün aprel proqnozları ilə müqayisədə bu il neft bazarında daha dərin defisit gözləyir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" OPEC-in daxili sənədlərinə istinadən xəbər verir.

Qeyd edilir ki, bazardakı təklif tələbi ortalama gündəlik 1,4 mln. barel üstələyəcək və bu, ötən proqnozla müqayisədə 0,2 mln. barel çoxdur. Buna baxmayaraq, OPEC proqnozunu dəyişməz saxlayır – 2021-ci ildə neftə olan gündəlik qlobal tələbat bu il 6 mln. barel artacaq. Təşkilat həm də qeyri-OPEC ölkələrində hasilatın enəcəyini gözləyir.

Bundan əlavə, OPEC-in proqnozu ehtiyatların kəskin azalmasını da nəzərdə tutur –

sentyabrdan dekabradək hər ay gündəlik 2 mln. bareldən çox azalma proqnozlaşdırılır.

Sözügedən proqnozların bazar ertəsi günü keçiriləcək "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) mütəxəssislər texniki komitəsinin iclasında təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR