OPEC bu ilin ikinci yarısında gündəlik neft tələbatının 5 mln. barel artacağını gözləyir

OPEC bu ilin ikinci yarısında gündəlik neft tələbatının 5 mln. barel artacağını gözləyir
# 29 iyun 2021 17:56 (UTC +04:00)

"OPEC+" Texniki Komitəsi cari il qlobal ÜDM artımının 5,5% olması fonunda 2021-ci ildə gündəlik neft tələbatının 6 mln. barel artması üzrə proqnozunu dəyişməz saxlayıb.

"APA-Economcis" TASS-a istinadən xəbər verir ki, bu barədə OPEC-in Baş katibi Məhəmməd Barkindo bildirib.

O, "OPEC+" razılaşmasının hələ də neft bazarının bərpasında əsas amil olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl, Barkindo cari ilin IV rübündə qlobal neft tələbatının böhrandan əvvəlki səviyyəyə çatacağını söyləmişdi. Barkindonun çıxışı ilə tanış olan "Bloomberg" agentliyi xəbər verir ki, Baş katib Texniki Komitənin iclasında bu proqnozu təsdiqləyib və 2021-ci ilin ikinci yarısında birincisindən gündəlik 5 mln. bareldən çox olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR