"OPEC+" gələn il üçün neft tələbatının artımı üzrə proqnozunu yüksəldib

"OPEC+" gələn il üçün neft tələbatının artımı üzrə proqnozunu yüksəldib
# 01 sentyabr 2021 13:59 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) bu gün keçiriləcək iclaslar ərəfəsində 2022-ci il üçün neftə olan gündəlik qlobal tələbatının artım templəri üzrə proqnozunu yüksəldib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" "OPEC+"də olan iki mənbəyə istinadən xəbər verir.

Məlumata görə, "OPEC+" texniki komitəsinin ekspertləri sözügedən göstərici üzrə proqnozlarını 3,28 mln. bareldən 4,2 mln. barelədək yüksəldiblər.

Xatırladaq ki, bu gün "OPEC+" razılaşması çərçivəsində bir necə iclas keçiriləcək. Görüşlər zamanı razılaşma iştirakçıları hazırda qüvvədə olan razılaşma şərtlərini (bir neçə ay ərzində gündəlik neft hasilatının 400 min barel artırılması şərti) qoruyub saxlanılması məsələsini müzakirə ediləcək.

İlk olaraq Bakı vaxtı ilə saat 18:00-da "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası keçiriləcək. Ənənəvi olaraq komitə alyansın bütün ölkələrinin nazirlərinin iştirakı ilə keçiriləcək görüş (Bakı vaxtı ilə saat 19:00-da) üçün tövsiyələrini hazırlayır.

Qeyd edək ki, avqustun 1-dən etibarən "OPEC+" ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq (avqust-dekabr aylarında – red.) "OPEC+" ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq və müvafiq olaraq ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR