OPEC-in neft və neft məhsulları ixracından gəlirləri 43% azalıb

OPEC-in neft və neft məhsulları ixracından gəlirləri 43% azalıb
# 01 oktyabr 2021 15:38 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin neft və neft məhsulları ixracından əldə etdiyi gəlirlər 2020-ci ildə əvvəlki illə müqayisədə 43% azalaraq 321,078 mlrd. ABŞ dollarına enib.

Bu barədə "APA-Economics"in OPEC-in illik statistik bülleteninə istinadən xəbər verir.

Bülletenə əsasən, OPEC ölkələrinin neft ixracı illik ifadədə 12,4% azalaraq gündəlik 19,7 mln. barelə enib. Təşkilatın qeyd etdiyi kimi, göstərici üzrə azalma artıq dördüncü ildir müşahidə olunur.

Qeyd olunur ki, ötən il OPEC-in neft məhsullarının gündəlik ixracı orta hesabla 3,48 mln. barel təşkil edərək illik ifadədə 0,4 mln. barel və ya 10,4% azalıb.

OPEC neft "səbətinin" qiyməti (bir neçə növ neftin arifmetik ortalaması) ötən il 41,47 dollar təşkil edib və 2019-cu ilin göstəricisi ilə (64,04 dollar) müqayisədə 35,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR