OPEC-in təsdiq edilmiş təbii qaz ehtiyatları azalıb

OPEC-in təsdiq edilmiş təbii qaz ehtiyatları azalıb
# 01 oktyabr 2021 11:40 (UTC +04:00)

Ötən ilin nəticələrinə görə, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olan ölkələrin təsdiq edilmiş təbii qaz ehtiyatları 73,74 trln. kubmetr təşkil edib.

Bu barədə "APA-Economics" OPEC-in illik statistik bülleteninə istinadən xəbər verir.

Hesabata əsasən, 2019-cu ilin sonuna olan göstəricilərlə müqayisədə OPEC-in təbii qaz ehtiyatları 1,4% azalıb.

Xatırladaq ki, hazırda OPEC-in 13 üzvü var: Əlcəzair, Anqola, Venesuela, İndoneziya, İraq, İran, Liviya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Səudiyyə Ərəbistanı və Ekvador.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR