"OPEC+" yanvarda neft hasilatını planlaşdırılan səviyyədə saxlayıb

"OPEC+" yanvarda neft hasilatını planlaşdırılan səviyyədə saxlayıb
# 02 dekabr 2021 18:55 (UTC +04:00)

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələrinin nazirlərinin konfransı başa çatıb.

"APA-Economics"in məlumatına görə, nazirlərin iclasında 2022-ci ilin yanvar ayında sutkalıq neft hasilatının 400 min barel bərpasının davam etdirilməsi ilə bağlı yekdil qərar qəbul edilib.

Eyni zamanda, nazirlər neftin artıq hasilatına görə kompensasiya planının iyun ayına qədər uzadılması barədə də razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR