"OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası başlayıb

"OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası başlayıb
# 02 dekabr 2021 16:40 (UTC +04:00)

"OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası işə başlayıb.

"APA-Economics"in məlumatına görə, bunu TASS-a danışıqlarla tanış olan mənbə bildirib.

İclasda nazirlər 2022-ci ilin yanvar ayında neft hasilatının bərpası planını müzakirə edəcək. İndiyədək müttəfiqlər avqust ayından etibarən hasilatı ayda 400 min barel artırıblar. Bu tempin ən azı yaza qədər davam edəcəyi gözlənilirdi. Lakin bu planlara tələbatın mövsümi yavaşlaması, həmçinin yeni omikron ştammının yaranması ilə mane ola bilər. Bununla belə, koronavirusun yeni variantının təhlükəsi hələ tam başa düşülməyib.

Xatırladaq ki, sözügedən monitorinq komitəsinə "OPEC+" sazişində iştirak edən 23 ölkədən 8-i daxildir. Bunlar Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstandır. Nazirlər "OPEC+" texniki komitəsinin neft bazarı ilə bağlı hazırladığı hesabata baxacaqlar. Texniki komitənin iclası ötən gün keçirilib. "OPEC+" monitorinqi konsensusa gələrsə və yanvar ayı üçün hasilatın səviyyəsi ilə bağlı tövsiyə verərsə, o zaman konsensusu yalnız Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılan "OPEC+" nazirlərinin görüşündə təsdiq etmək qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR