"OPEC+" neft hasilatını artıra bilər

"OPEC+" neft hasilatını artıra bilər
# 23 iyun 2021 17:57 (UTC +04:00)

"OPEC+" ölkələrinin 1 iyul iclasında gündəlik neft hasilatının 500 min barel artırılması barədə qərarın veriləcəyi planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" nümayəndə heyətlərinin sözlərinə istinadən yazır.

"OPEC və onun tərəfdaşları ümumi neft istehsalını gündə təxminən 500 min barel artırmağı düşünürlər", - məlumatda bildirilir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı və Rusiya qlobal iqtisadiyyatın qeyri-bərabər şəkildə bərpa olunduğunu nəzərə alaraq, tələbatda qeyri-müəyyənlik şəraitində istehsalı ehtiyatla artırır.

Xatırladaq ki, OPEC+, pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 mln. barel azaltdı. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırıldı. Bu ilin may ayı etibarilə gündəlik 6,55 mln. barel olub, iyun ayına 6,2 mln. barel, iyul ayına isə 5,76 mln. barel təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR