"OPEC+" neft hasilatını artırmağı tövsiyə edib

"OPEC+" neft hasilatını artırmağı tövsiyə edib
# 01 sentyabr 2021 19:05 (UTC +04:00)

OPEC+ Nazirlər Monitorinq Komitəsi neft hasilatının artırılması planına riayət etməyi tövsiyə edib.

APA-Economics”in xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi təşkilatın nümayəndələrinə istinadən məlumat yayıb.

““OPEC+” Nazirlər Monitorinq Komitəsi hasilatı artırmaq planına riayət etməyi tövsiyə edib”, - deyə agentliyin xəbərində bildirilib.

“OPEC+” Monitorinq Komitəsinin bu gün bir saatdan az davam edən iclası başa çatıb. Nazirlər “OPEC+” ölkələrinə neft hasilatını sutkada 0,4 mln. barel artırmaq üçün iyul ayında qəbul edilmiş plana riayət etməyi tövsiyə ediblər. İyul qərarına görə, “OPEC+” ölkələri 2022-ci ilin sentyabrına qədər avqust ayından bu yana neft hasilatını ayda 0,4 mln. barel artırır. Bu, 2020-ci ilin may ayından etibarən azaldılmış neftin həcmini bazara qaytarmağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR